Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Müzəffər Ordumuzun döyüş və vətənpərvərlik ruhu hər birimizdə qürur hissi doğurur

0

  •       1918-ci il 26 iyun tarixli fərmanı ilə Azərbaycan Milli Ordusunun yaradılmaslna başladı. 1918-ci il avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd Bəy Mehmandarov dekbrın 5-də Hərbi Nazir, General Leytenanat Əliağa Şıxlinski Nazir Müavini təyin edildi. Qısa müddətdə Milli Ordu Osmanlı Dövlətini Qafqaz İslam Ordusu ilə birlikdə Bakının və ətraf qəzaları Erməni bolşevik işğalından azad etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlik göstərdi. Qazaxda Azərbaycan sərhəddini pozmuş Erməni nizami ordu hissələrini darma-dağın etdi. Azərbaycan ordusunu Hüseynxan Naxçıvanski, İbrahim Ağa Usubov və başqa Generallar var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərini əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet Hakimiyyəti dövründə Rusiya İmperiyasının Azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Sovet dövrü çar dövründən fərqli olaraq Azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar, lakin onları döyüş üçün nəzərdə tutulmuş hərbi hissələr yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər, məqsəd aydın idi. Aərbaycanlılar arasında hərb elminə dərindəndən yiyələnən müasir silahlarla rəftar etməyi bacaran, hərbiçilərin yetişdirilməsinə imkan verməməkdir. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 2-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Ümummilli Lider azərbaycanlı gənlərin Bakı Ali Birləşmiş komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbinə eləcədə SSRİ- nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail oldu. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin il oktyabrın 9 – da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yardılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarın həyata keçirilməsi üçün heç bir səy göstərmədi. Ordu quruculuğuna yalnız 1993-cü ildə başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki Silahlı Qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa amanda Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azada edildi, cəbhədəd təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Ümummilli Lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqəsdi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiya yaradılması haqqında fərman imzaladı. Tarixi varistlik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cumhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələr Günü kimi hər il bayram edilir. 
    Ülviyyə Haqverdiyeva,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib43 dəfə
    müzəffər ordumuzun döyüş vətənpərvərlik ruhu hər birimizdə qürur hissi doğurur

    Maraqlı gələ bilər
    36
    30
    37
    33